
Tədbirdə
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin (ASCO) nümayəndələri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi
iştirakçıları və qazilər iştirak ediblər.
Əvvəlcə
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən
övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda
bildirilib ki, Vətən müharibəsində qazanılmış tarixi Qələbə Ulu Öndər Heydər
Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi, ölkənin iqtisadi və hərbi qüdrətinin
artırılması, xalqımızın birliyinin nəticəsidir.
Həmçinin,
Zəfərdən sonrakı dövrə toxunularaq Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı
bərpa və quruculuq işlərinin həyata keçirildiyi diqqətə çatdırılıb, Böyük
Qayıdışın təmin edilməsi istiqamətində görülən işlərdən danışılıb.
Şəhid
Pərviz Məmmədovun atası, ASCO-nun Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun
əməkdaşı Ələddin Məmmədov çıxışında tarixi Qələbənin əldə olunmasında
dövlətimizin qətiyyətli siyasətindən və Azərbaycan Ordusunun qəhrəmanlığından
danışıb.
ASCO-nun
Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəis müavini, Vətən Müharibəsi
Qəhrəmanı Zaur Hüseynov tədbir iştirakçıları ilə xatirələrini bölüşüb. O, Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərin əldə olunmasında əsgər
və zabitlərimizin şücaətinin, xalqımızın həmrəyliyinin, Vətənə bağlılığın mühüm rolunu vurğulayıb.
Tədbir
çərçivəsində Vətən müharibəsində iştirak etmiş ASCO əməkdaşı Altay Həsənli
haqqında videoçarx nümayiş etdirilib. Həmçinin ASCO-da çalışan müharibə
iştirakçılarının “Heydər zirvəsi”nə yürüşündən hazırlanmış sənədli film təqdim
olunub.
Zəfər
Günü tədbiri “Dənizi səngərə dəyişənlər” adlı videoçarxın nümayişi ilə
yekunlaşıb.
Videoçarxda
Xəzərin sərt dalğaları ilə mübarizə aparan dənizçilərin Vətən çağırışına səs
verərək silaha sarılmaları, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə
göstərdikləri qəhrəmanlıq və Zəfərə gedən döyüş yolları əks olunub.