info@ddla.gov.az

DƏYƏRLƏRİMİZ

Təhlükəsizlik

Biz dəniz üzgüçülüyünün təhlükəsizliyinə və dənizdə insan həyatının mühafizəsinə cavabdehik.

Əməkdaşlıq

Biz bilirik ki, keyfiyyətli layihələr yüksək komanda işi və etibarlı beynəlxalq əməkdaşlıq sayəsində görülə bilər.

Şəffaflıq

Biz daxili proseslərdən xarici proseslərədək gördüyümüz hər bir işi ədalət və bərabərlilik prinsipləri çərçivəsində icra edirik.

Xəzər dənizi

Biz Xəzər dənizində gəmi və limanlardan qaynaqlanan çirklənmənin qarşısının alınmasını, təhlükəsiz üzmə şəraitinin yaradılmasını və logistik imkanların genişləndirilməsini təmin edirik.

Dənizçi

Bizim fəaliyyətimizin mərkəzində insan dayanır. Qəbul etdiyimiz hər bir qərarı, həyata keçirdiyimiz hər bir layihəni dənizçilərimizi nəzərə alaraq qəbul edir və həyata keçiririk.

BAXIŞIMIZ


Azərbaycanı regionun ən innovativ və rəqəmsal dənizçilik mərkəzinə çevirərək beynəlxalq müstəvidə nüfuzunu artırmaq.



MİSSİYAMIZ


Beynəlxalq standartlara uyğun təhlükəsiz, dayanıqlı və innovativ dənizçilik mühitini formalaşdırmaqla dəniz nəqliyyatı sahəsinin davamlı inkişafına nail olmaq.