info@ddla.gov.az

Dövlət Dəniz və Liman Agentliyində “Türk Loydu Vakfı” şirkətinin nümayəndələri ilə görüş olub. Görüş Beynəlxalq Dəniz Təşkilatının (BDT) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyasının (DHDNÇ Konvensiyası) tələblərinə uyğun olaraq, Azərbaycanda müstəqil qiymətləndirmə prosesini həyata keçirmək məqsədi daşıyıb.

Qiymətləndirmə çərçivəsində nümayəndə heyəti Azərbaycan Dövlət Dəniz Akademiyasında,  eləcə də Akademiyanın Təlim-Tədris Mərkəzində təşkil olunan görüşlərdə iştirak edib və müvafiq sahələr üzrə mövcud fəaliyyət istiqamətlərini nəzərdən keçiriblər.

Qiymətləndirmənin məqsədi Azərbaycanın DHDNÇ Konvensiyası üzrə öhdəliklərinin icra vəziyyətini, dənizçilərin hazırlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin sertifikatlaşdırma sisteminin beynəlxalq standartlara uyğunluğunu müəyyən etməkdir.

Xatırladaq ki, Konvensiyanın I/8-ci Qaydasına əsasən, üzv dövlətlər tərəfindən müstəqil qiymətləndirmə beş ildən gec olmayaraq mütəmadi şəkildə həyata keçirilir. Əvvəlki müstəqil qiymətləndirmənin nəticələrinə əsasən, ölkəmizin DHDNÇ Konvensiyasının tələblərinə uyğunluğu BDT-nin Dəniz Təhlükəsizliyi Komitəsinin 105-ci sessiyasında qəbul edilmiş qərarla təsdiqlənib.

Belə ki, Azərbaycan BDT-nin “Ağ Siyahı”sında yer alıb. Bu, Dövlət Dəniz və Liman Agentliyi tərəfindən Azərbaycan dənizçilərinə verilən müvafiq sənədlərin beynəlxalq səviyyədə tanınması, eləcə də onların xarici ölkələrin bayrağı altında üzən gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaq imkanlarının təmini baxımından mühüm əhəmiyyət kəsb edir.

“Türk Loydu Vakfı” şirkətinin nümayəndələri Azərbaycanda dənizçilərin sertifikatlaşdırılması sisteminin beynəlxalq tələblərə uyğunluğunu qiymətləndirmək məqsədilə ölkəmizə səfər edib