
Dövlət Dəniz
və Liman Agentliyində təşkil edilən imtahanlarda iştirakla bağlı xidməthaqqı tətbiq
olunacaq.
Yeni
qaydaya əsasən gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi, həmçinin
etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəzlənməsi
üçün təşkil olunan imtahanlarda hər bir namizədin beş dəfə ödənişsiz iştirak
etmək hüququ olacaq.
Belə ki,
beş dəfə ödənişsiz iştirakdan sonra təkrar imtahanlara görə komandir heyəti vəzifələri
üzrə 25 manat, sıravi heyət vəzifələri üzrə isə 10 manat ödəniş tələb olunacaq.
Sözügedən
tələblər “Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə
uyğun olaraq tətbiq edilir.
Bununla
bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının müvafiq Qərarı
ilə Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı
sahəsində göstərdiyi xidmətlərə görə məbləğlər təsdiq edilib.
Hazırda xidməthaqqılarını
yalnız “Azərpoçt” MMC-nin poçt şəbəkəsində olan filiallar vasitəsilə ödəmək
mümkündür.
Ödəniş üçün
tələb olunan bank rekvizitləri barədə məlumatları linkə keçid edərək öyrənmək
mümkündür.