info@ddla.gov.az

Müasir, müstəqil Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Bununla əlaqədar Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin abidəsini ziyarət edib. Ümummilli liderin xatirəsi ehtiramla yad edilib və abidəsi önünə gül dəstələri qoyulub.

Görkəmli dövlət xadimi ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr edib. Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan zəngin dövlətçilik məktəbi müstəqilliyimizin qorunması, Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət, eləcə də bu amal uğrunda canını belə əsirgəməmək kimi ali dəyərlərə əsaslanır. 

Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin abidəsini ziyarət edib
Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin abidəsini ziyarət edib
Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin abidəsini ziyarət edib