info@ddla.gov.az
AZ


  Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Azərbaycan Dövlət Dəniz Akademiyasında müəllim və tələbə heyəti ilə görüşüb.
  Görüş zamanı Agentliyin fəaliyyət istiqamətlərindən danışan İdarə Heyətinin müşaviri Habil Abbasov təhsilin hər bir vətəndaşın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyini formalaşdırmasında, cəmiyyətin inkişafı və dövlət quruculuğunda yaxından iştirakında mühüm rol oynayan proses olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu prosesin fəal üzvü olmaq, uğurlu nəticə əldə etmək üçün hər bir gənc geniş dünyagörüşə və müasir tələblərə uyğun təhsilə malik olmalıdır.
  Habil Abbasov onu da vurğulayıb ki, Dövlət Dəniz və Liman Agentliyinin müəyyən etdiyi mühüm strateji hədəflərdən biri də məhz güclü kadr potensialının formalaşdırılmasıdır. Bu baxımdan Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrindən gözləntilərimiz çoxdur.
  Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov belə bir görüşün keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, bu günün tələbələri özlərini sabahın tələblərinə hazırlamalı, təhsil aldıqları sahə üzrə öz bilik və bacarıqlarını inkişaf etdirməklə ölkəmizin gələcəyinə töhfə verməyə hazır olmalıdırlar.
  DDLA-nin İnsan Resursları Departamentinin direktoru Nigar Rəhimova qurumun əldə etdiyi nailiyyətlərdən və karyera imkanlarından danışıb. Agentlikdəki vakansiyalar və işə qəbul prosesi haqqında da məlumat verilib.
  Həmçinin, çıxışlarda tələbələrin beynəlxalq standartlara uyğun təhsil alması və inkişafının təmini, eləcə də peşəkarlığının artırılması məqsədi ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında qısa zaman ərzində tədris sistemində edilmiş yeniliklər, maddi-texniki bazanın müasirləşdirilməsi və tələbələr üçün yaradılan şərait müsbət qiymətləndirilib.
  Sonda tələbələrin sualları cavablandırılıb və xatirə şəkli çəkdirilib.

Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Azərbaycan Dövlət Dəniz Akademiyasında olub
Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Azərbaycan Dövlət Dəniz Akademiyasında olub
Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Azərbaycan Dövlət Dəniz Akademiyasında olub
Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Azərbaycan Dövlət Dəniz Akademiyasında olub