
Dövlət Dəniz və Liman Agentliyi aprelin 23-də saat 11:00-da gəmi heyətinin idarəetmə səviyyəsində çalışan uzaq səfərlər kapitanları və baş mexaniklərlə görüş təşkil edəcək.
Məqsəd dəniz nəqliyyatında təhlükəsizliyin təmini, mövcud qanunvericiliyin və beynəlxalq konvensiyaların tələblərinə əməl olunması, həmçinin gəmi heyətinin idarəetmə səviyyəsində qarşıya çıxan məsələlərin müzakirə edilməsidir.
Tədbir çərçivəsində naviqasiya təhlükəsizliyi, texniki istismar, heyətin idarə olunması, yoxlamaların nəticələri, qəzaların qarşısının alınması, mövcud beynəlxalq bazarda iş imkanları, xüsusilə də yüksək tonnajlı tanker və konteyner gəmilərində işləmək imkanları, dənizçilərin bununla bağlı fikirləri, eləcə də Agentlik tərəfindən tətbiq olunan yeni tələblər və tövsiyələr barədə fikir mübadiləsi aparılacaq.
Bununla yanaşı, gəmi heyətinin idarəetmə səviyyəsində çalışan uzaq səfərlər kapitanları və baş mexaniklərin peşəkar fəaliyyətində qarşılaşdıqları məsələlər də nəzərdən keçiriləcək.
Görüşdə iştirak etmək istəyən şəxslər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) ghd@ddla.gov.az elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.