
Dövlət Dəniz və Liman
Agentliyində “Vahid Dənizçilik Pəncərəsi” sisteminin təkmilləşdirilməsi məqsədilə
texniki dəstək üçün Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (EMSA) tərəfindən
ekspert kimi cəlb edilən Monteneqronun Dəniz Administrasiyasının sədr müavini
Nexhat Kapidani ilə görüş olub.
Agentliyin İdarə Heyətinin
sədr müavini Eldar Məcidov bildirib ki, “Vahid Dənizçilik Pəncərəsi” sisteminin
təkmilləşdirilməsi ilə bağlı 2025-ci ildə Brüssel şəhərində Azərbaycanla Avropa
İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun 2-ci iclasında müzakirələr
aparılıb.
Texniki dəstəyin mümkün
istiqamətləri, həmçinin Avropa
Komissiyasının Nəqliyyat və Mobillik üzrə Baş Direktorluğunun (DG MOVE) və
Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə nəzərdən keçirilib.
Eldar Məcidov Avropa Dəniz
Təhlükəsizliyi Agentliyinin Qara dəniz və Xəzər dənizi regionu ölkələri üçün həyata
keçirdiyi ikinci layihə (BCSEA II) çərçivəsində “Vahid Dənizçilik Pəncərəsi”
sistemi ilə bağlı texniki dəstəyin göstərilməsinə razılıq verildiyinə görə təşəkkürünü
bildirib.
Görüşdə “Vahid Dənizçilik
Pəncərəsi” sisteminin hazırlanması, tətbiqi, sistemdən istifadə edən dövlət
orqanları (qurumları) barədə məlumat verilib.
Qeyd olunub ki, bu il iyunun 1-dən
etibarən “Vahid Dənizçilik
Pəncərəsi sistemi beynəlxalq səfərlər həyata
keçirən Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə də
şamil edilib.
Monteneqronun Dəniz
Administrasiyasının sədr müavini Nexhat Kapidani göstərilən etimada görə minnətdarlığını
ifadə edib.
Qonaq “Vahid Dənizçilik Pəncərəsi” sisteminin təkmilləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı, gəmi agentləri və şirkət nümayəndələri ilə də müzakirələr aparıb.