info@ddla.gov.az

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsinin nümayəndə heyəti ilə görüş olub. 

Görüşdə DDLA-nin fəaliyyətinə dair təqdimat nümayiş olunub. Təqdimatda qurumun yarandığı gündən keçdiyi inkişaf yoluna nəzər salınıb. Həmçinin son illər ərzində dənizçilərin sertifikatlaşdırılması istiqamətində həyata keçirilən islahatlardan da bəhs olunub.

Agentliyin İdarə Heyəti sədrinin müavini Eldar Məcidov ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən dostluq münasibətlərindən danışıb. O, keçən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın  I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair bağlanmış Anlaşma Memorandumu”na diqqət çəkərək qeyd edib ki, sözügedən sənəd hər iki ölkənin dənizçiləri üçün olduqca əhəmiyyətlidir.

Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsinin Dənizçilərlə iş departamentinin direktoru Osama Almehmadi görüşün yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.  Nümayəndə heyəti dənizçilərin sertifikatlaşdırılması sahəsində qarşılıqlı əməkdaşlıqdan, o cümlədən hər iki ölkənin müvafiq sahədəki təcrübə mübadiləsinin vacibliyindən danışıb.

Görüşdə DDLA tərəfindən dənizçi sənədlərinin rəqəmsal idarə olunması üçün istifadəyə verilən “My Cabinet” platforması, vahid informasiya sistemi, dəniz nəqliyyatı sahəsində kadr potensialının gücləndirilməsi, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib.

Sonda Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti Agentliyin inzibati binasında dənizçilər üçün yaradılan  beynəlxalq standartlara uyğun imtahan proqramı və müasir  texniki avadanlıqlarla təchiz edilən imtahan zalı ilə tanış olub.

Qeyd edək ki, ölkəmizdə səfərdə olan nümayəndə heyətinin təhsil, təlim-tədris  və tibb mərkəzlərində görüşlərinin keçirilməsi də planlaşdırılır.

Dövlət Dəniz və Liman Agentliyində Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüş keçirilib