info@ddla.gov.az
AZ

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib. Qurumun kollektivi torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Agentliyin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsini müvəqqəti icra edən Əfqan Cəlilov birliyimizin və milli iradəmizin rəmzinə çevrilən, Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan şanlı qələbəni şərtləndirən amillərdən danışıb.

Bildirib ki, tarixi zəfər cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun gücü sayəsində qazanılıb. Bunun nəticəsidir ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.

Daha sonra DDLA-nın 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsində iştirak etmiş əməkdaşları qələbəni səciyyələndirən döyüş yolundan qürurla danışıblar.

Tədbir Zəfər Gününə həsr olunan filmin nümayişi ilə yekunlaşıb.

Dövlət Dəniz və Liman Agentliyində 8 Noyabr Zəfər Gününə həsr olunan tədbir keçirilib