
Dövlət Dəniz və Liman Agentliyi (DDLA)
Beynəlxalq Dəniz Təşkilatının İnsan amili, təlim və növbə çəkmə üzrə Alt
Komitəsinin on birinci sessiyasında müzakirə edilən “Dənizçilərin
hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ)
1978-ci il tarixli Beynəlxalq Konvensiya (əlavələrlə) üzrə mövcud boşluqların
aradan qaldırılması təşəbbüsü ilə çıxış edib.
Beynəlxalq səviyyədə irəli sürülən bu
təşəbbüslər çərçivəsində 3 boşluğun aradan qaldırılması məqsədilə DHDNÇ
Məcəlləsinə dəyişikliklər olunmasına dair layihə təklifləri hazırlanıb.
DDLA-nın təqdim etdiyi həmin təkliflər aşağıdakı
istiqamətlər üzrədir:
Layihələr Beynəlxalq Dəniz Təşkilatı tərəfindən
qəbul olunaraq İnsan amili, təlim və növbə çəkmə üzrə Alt Komitənin 2026-cı
ildə növbəti sessiyası çərçivəsində müzakirəyə çıxarılacaq
rəsmi təkliflər siyahısına daxil edilib və “IMODOCS” rəsmi səhifəsində yerləşdirilib.
Sözügedən təşəbbüs Azərbaycanın dəniz
nəqliyyatı sahəsində beynəlxalq proseslərdə fəal iştirakını, eləcə də ölkənin
bu sahədə normativ və institusional potensialının artdığını bir daha nümayiş
etdirir.
DDLA gələcəkdə də beynəlxalq gəmiçilik standartlarının təkmilləşdirilməsi, dənizçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi və onların təhlükəsizliklərinin təmin olunması istiqamətində yeni təşəbbüslərlə çıxış edəcək.