Dövlət Dəniz və Liman Agentliyi
Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Rusiyadakı Səfirliyinə
daxil olan notaya əsasən dənizçilərə çağırış edir.
Notada harmala (üzərlik) bitkisinin
narkotik tərkibli bitkilər siyahısına daxil edildiyi və Rusiya ərazisində nəzarətə
götürüldüyü qeyd olunub. Həmçinin sözügedən bitkinin qanunsuz dövriyyəsi,
saxlanılması və ya qaçaqmalçılığının Rusiya qanunvericiliyinə uyğun olaraq
inzibati və cinayət məsuliyyəti daşıdığı da bildirilib.
Dövlət Dəniz və Liman Agentliyi qeyd
olunanları nəzərə alaraq dənizçilərə xarici dövlətlərin, xüsusilə Rusiyanın ərazisinə
giriş və çıxış zamanı müvafiq ölkələrin qanunvericiliyinə ciddi riayət etməyi,
habelə harmala (üzərlik) bitkisi də daxil olmaqla bir sıra ölkələrdə qadağan
edilmiş maddələrin siyahısı ilə əvvəlcədən tanış olmağı, həmin maddələrin
istifadəsindən, daşınmasından və saxlanılmasından qəti şəkildə çəkinməyi tövsiyə
edir.