25 iyun – “Dənizçi günü” peşə bayramı münasibətilə Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) kollektivi Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
Dənizçilər görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıblar.
Ziyarətçilər Şəhidlər xiyabanında Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən
övladlarının, o cümlədən I Qarabağ müharibəsində şəhid olan dənizçilərin xatirəsini
yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Qeyd edək ki, ölkəmizdə “Dənizçi günü”
peşə bayramı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü
il tarixli 565 nömrəli sərəncamı ilə təsis olunub.
Hazırda Azərbaycanın sürətli inkişafında
dənizçilərin xüsusi əməyi var. Onlar həm yükdaşımalarda, həm də dənizdə
neft-qaz hasilatında mühüm rol oynayır, həmçinin Xəzərdən kənar sularda ölkəmizi
qürurla təmsil edirlər.