
Dövlət Dəniz və Liman Agentliyinin kollektivi 27
Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Ziyarətçilər şanlı qələbənin ifadəsi kimi ucaldılan
Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.
Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda
canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.