info@ddla.gov.az

Dövlət Dəniz və Liman Agentliyində tanker tipli gəmilərdə idarəetmə səviyyəsində çalışan dənizçilərlə növbəti görüş keçirilib. Məqsəd beynəlxalq sularda Azərbaycanın Dövlət bayrağı altında üzən gəmilərin heyətlərinin bütövlükdə Azərbaycan dənizçiləri ilə komplektləşdirilməsi istiqamətində mövcud imkanların və perspektivlərin müzakirəsi olub.

Tədbirdə dəniz nəqliyyatı sahəsində milli kadr potensialının gücləndirilməsi, Azərbaycan dənizçilərinin beynəlxalq tələblərə uyğun peşə hazırlığının artırılması, eləcə də onların yerli və beynəlxalq gəmiçilik sektorunda məşğulluq imkanlarının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə dənizçilərin təklif və rəyləri dinlənilib, sahədə mövcud çağırışlar və onların həlli istiqamətində görülə biləcək tədbirlər nəzərdən keçirilib. Qeyd olunub ki, Azərbaycan dənizçilərinin milli donanmada təmsilçiliyinin artırılması dənizçilik sahəsində insan resurslarının inkişafına, ölkənin dəniz nəqliyyatı potensialının güclənməsinə və milli kadrların beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.