info@ddla.gov.az

Dövlət Dəniz və Liman Agentliyində 27 Sentyabr – Anım Günü ilə əlaqədar təşkil olunan tədbir Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Çıxışlarda Azərbaycanın əsgər və zabitlərinin göstərdiyi misilsiz qəhrəmanlıqlardan, şəhidlərimizin qanı ilə yazılan Zəfər salnaməsindən danışılıb.

Qeyd edilib ki, 44 günlük müharibə nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ təmin edib. Torpaqlarımız şəhidlərin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində işğaldan azad olunub. Azərbaycan xalqı onların qəhrəmanlığını, fədakarlığını heç vaxt unutmayacaq.    

Daha sonra Agentliyin Birinci Qarabağ və Vətən müharibələrində iştirak edən əməkdaşları Şahin Baxışov, Elmar Səlimov, Cavidan Qasımlı, Şahin Ağayev, Pünhan Hüseynzadə, Cəfər Cəfərov, Rəhman Həsənov, Qadir Məmmədov, Pərviz Abbasov öz döyüş yollarından danışıblar.

Sonda Birinci Qarabağ və Vətən müharibələrində iştirak etmiş əməkdaşlarla xatirə fotosu çəkilib. 

 Dövlət Dəniz və Liman Agentliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib