info@ddla.gov.az

Vakansiyanın detalları

 

İşin təsviri:

 

  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dəniz ətraf mühitinin mühafizəsi üzrə gəmi planlarının yoxlanılması və qeydiyyat kitablarına müvafiq məlumatların qeyd edilməsi;
  • Gəmilərin “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın tələblərindən istisna edilməsi müraciətlərinə baxılması və müvafiq tədbirlərin görülməsi;
  • Agentliyin fəaliyyəti ilə bağlı şöbəyə daxil olan müraciətlərə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq baxılması və qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsi;
  • Dəniz ətraf mühitinin mühafizəsinin təmin edilməsi məqsədilə gəmilərdə yoxlamaların aparılmasında iştirak etmək;
  • Limanlarda “Tullantıların idarə olunması planı”nın yoxlanılması və qeydiyyat kitablarına müvafiq məlumatların qeyd edilməsi;
  • Zəruri hallarda gəmilərdən yanacaq, işlənmiş qaz və məişət-fekal su nümunələrinin götürülməsi və analizlərin aparılması üçün laboratoriyaya göndərilməsi;
  • Dəniz ətraf mühitinin çirklənməsi ilə nəticələnən qəzaların araşdırılmasında birbaşa iştirak edilməsi;
  • Müvafiq sahə üzrə aidiyyəti dövlət qurumları ilə birgə layihə sənədlərinə, fəaliyyət planlarına baxılması, razılaşdırılması, həmçinin fəaliyyət istiqamətləri üzrə rəy və təkliflərin verilməsində iştirak edilməsi;
  • Şöbə tərəfindən görülən işlərin aylıq hesabatının hazırlanmasında iştirak etmək.

 

Tələb olunan bilik və bacarıqlar:

 

  • Gəmi quruluşu və gəmi mexaniki avadanlıqlarına dair biliklər;
  • Dəniz nəqliyyatı sahəsində yerli və beynəlxalq qanunvericiliyə dair biliklər;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Təhlil etmə bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Stressə davamlılıq;
  • Planlama və zamanın idarə olunması;
  • Çevik qərarvermə bacarığı;
  • Komandada işləmə bacarığı.

 

Vəzifə üzrə təcrübə:

 

  • Müvafiq sahə üzrə minimum - 1 il iş təcrübəsi.

 

Təhsil və kvalifikasiyalar:

 

  • “Ekologiya” və ya “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”ixtisasları üzrə ali təhsil.

 

Dil bilikləri:

 

  • Azərbaycan dili (səlis), İngilis dili (B2) və Rus dili (C1)

 

Arzu olunan tələblər:

 

  • Dənizçilik sahəsində sertifikatların olması üstünlükdür.

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.