info@ddla.gov.az

Vakansiyanın detalları

 

Vəzifə öhdəlikləri:

 

  • İllik təlim ehtiyaclarının təhlili və təlim planının hazırlanması;
  • Təlimlərin təşkili, icrası və nəticələrinin qiymətləndirilməsi;
  • KPI sistemlərinin qurulması, performans indikatorlarının müəyyənləşdirilməsi və monitorinqi;
  • Departament və şöbə səviyyəsində hədəflərin müəyyənləşdirilməsi və izlənməsi;
  • Yeni işçilər üçün adaptasiya proqramının təşkili və effektivliyinin ölçülməsi;
  • Performans qiymətləndirmə nəticələrinə əsasən fərdi inkişaf planlarının hazırlanması və icrasına nəzarət;
  • Korporativ mədəniyyətin təşviqi və işçi məmnuniyyətinin artırılmasına yönəlik layihələrin həyata keçirilməsi;
  • Təlim və inkişaf bazasının idarə olunması və yenilənməsi.

 

Tələb olunan bilik və bacarıqlar:

 

  • İnkişaf planının hazırlanması bilikləri;
  • Performasın qiymətləndirilməsi üzrə biliklər;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Analitik düşüncə
  • Nəticə yönümlülük;
  • Təqdimat bacarığı;
  • İnnovativlik;
  • Stressə davamlılıq;
  • Komandada işləmə bacarığı.

 

Vəzifə üzrə təcrübə:

 

  • HR və ya təlim/performance sahəsində minimum 3 il iş təcrübəsi; KPI sistemlərinin hazırlanması, ölçülməsi və təhlili üzrə təcrübə

 

Təhsil və kvalifikasiyalar:

 

  • İnsan resurslarının idarə olunması, Biznesin təşkili və ya İdarəçilik ixtisasları üzrə ali təhsil

 

Dil bilikləri:

 

  • Azərbaycan dili (səlis), İngilis dili (C2) və Rus dili (B2)

 

Arzu olunan tələblər:

 

  • İnsan resurslarının idarəolunması üzrə beynəlxalq sertifikatlar

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.