info@ddla.gov.az

Vakansiyanın detalları

 

Vəzifə öhdəlikləri:

 

  • Gəminin səfərə çıxmasının planlaşdırılması, səfərdə təhlükəsizliyinin təmin edilməsi və gəminin hər şəraitdə səmərəli idarə olunmasının həyata keçirilməsi;
  • Gəminin iş fəaliyyəti və texniki istismarının təhlükəsizliyini təmin etmək üzrə gəmidə yerli və beynəlxalq qanunvericiliyin tələblərinə, təhlükəsizlik texnikası, yanğından mühafizə və sanitar qaydalarına əməl olunmasının təşkil edilməsi və nəzarət edilməsi;
  • Gəminin və onun texniki vəsaitələrinin vaxtında yoxlanmaya cəlb edilməsinin təmin edilməsi;
  • Gəmi limanda dayandığı vaxt yerli, liman, gömrük, sanitar və başqa qaydalara riayət olunmasına nəzarət edilməsi;
  • Səyahəti ən səmərəli şəkildə başa çatdırmaq üçün gəminin gündəlik vəziyyətinə nəzarət edilməsi, sürətin, mühərrik təzyiqinin və suyun dərinliyinin müşahidə edilməsi;
  • Gəmi cədvəllərinin yoxlanıb, təsdiq edilməsi;
  • Gəmi heyətinin fəaliyyətinə rəhbərlik edilməsi, heyət üzvlərinin vəzifə bölgüsünün müəyyən edilməsi və onlar tərəfindən vəzifə funksiyalarının icrasına nəzarət edilməsi;
  • Gəmi jurnallarının və digər sənədlərin düzgün aparılmasına nəzarət edilməsi;
  • Səfərin başlanmasından əvvəl gəminin təhlükəsiz üzməsi üçün gəminin vəziyyətinin müəyyən olunan texniki tələblərə və müvafiq qaydalara uyğunluğunun, texniki və naviqasiya hazırlığının,heyətin komplektləşdirilməsi və qarşıdakı səfər üçün bütün lazımi təchizat növləri ilə təmin edilməsinin, gəminin üzməyə hazır olduğunun yoxlanılmasına nəzarət edilməsi;
  • Yedək əməliyyatları həyata keçirilməli olduqda gəminin bu əməliyyata hazır olmasının yoxlanılmasına nəzarət edilməsi;
  • Qarşıdakı səfərin uzunluğunu nəzərə almaqla gəmi sənədlərinin qüvvədə olma vaxtlarının vaxtlı-vaxtında yoxlanılmasına nəzarət edilməsi;
  • Rəhbərliyinin tapşırıqlarına əsasən ona həvalə edilmiş digər vəzifələrin həyata keçirilməsi.

 

Tələb olunan bilik və bacarıqlar:

 

  • Gəmi üzrə texniki biliklər, eləcə də naviqasiya və hava şəraitinin təsirləri haqqında dərin anlayış;
  • Gəminin quruluşunu, gəmi sürücülüyü nəzəriyyəsini və təcrübəsi haqqında bilik;
  • Dənizçilik sahəsində yerli və beynəlxalq qanunvericiliyə dair biliklər;
  • Gəmilərin rabitəsi, siqnalizasiya və naviqasiya sistemləri, avadanlıqları və onlardan istifadə qaydalarına dair biliklər;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını;
  • Gəminin müxtəlif sularda və hava şəraitində effektiv və təhlükəsiz naviqasiya edilməsi bacarığı;
  • Gəmi avadanlıqlarının funksional və istifadəyə hazır olmasının yoxlanılması bacarığı;
  • Risklərin idarə olunması bacarığı;
  • Peşəkar səviyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Problemləri həll etmə bacarığı;
  • İdarəetmə bacarığı;
  • Çevik qərar vermə bacarığı;
  • Planlama və zamanın idarə olunması;
  • İdarəetmə bacarığı.

 

Vəzifə üzrə təcrübə:

 

  • Müvafiq sahə üzrə minimum - 5 il iş təcrübəsi.

 

Təhsil və kvalifikasiyalar:

 

  • Dəniz naviqasiya mühəndisliyi ixtisası üzrə ali təhsil;
  • Azərbaycan dili (səlis);
  • Kapitan diplomu;

 

Arzu olunan tələblər:

 

  • Dənizçilik sahəsi üzrə beynəlxalq təcrübə və bilik;
  • İngilis dili (B2) və Rus dili (B2);

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.