info@ddla.gov.az

Vakansiyanın detalları

 

Vəzifə öhdəlikləri:

 

  • Normativ sənədlərin və rəylərin ilkin mətnlərinin hazırlanması;
  • Azərbaycan Respublikasında fəaliyyət göstərən dəniz limanlarının Dəniz Limanları Reyestrinin aparılması;
  • Dəniz limanları və digər dəniz nəqliyyatı obyektləri üzrə məlumatların toplanması, bu məqsədlə yerlərdə araşdırmaların aparılması, müvafiq sorğuların verilməsi üzrə məlumatların toplanılması;
  • Gəmi mülkiyyətçisi və gəmi heyəti tərəfindən, həmçinin dəniz limanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsi vəziyyətinin təhlilində iştirak edilməsi;
  • Dəniz Limanları Reyestrində qeydiyyata alınmış dəniz limanlarına dair məcburi qaydaların ilkin layihələrinin işlənib hazırlanması;
  • Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən limanların və liman infrastrukturuna malik dəniz nəqliyyatı obyektlərində dövri və növbədənkənar yoxlamaların həyata keçirilməsi;
  • Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən limanların və liman infrastrukturuna malik dəniz nəqliyyatı obyektlərində dövri və növbədənkənar yoxlamalara dair hesabatların hazırlanması;
  • Dövlət proqramlarına və inkişaf konsepsiyalarına dair şöbənin fəaliyyət istiqaməti üzrə təkliflərin verilməsində iştirak edilməsi;
  • Azərbaycan Respublikasında limanların sabit fəaliyyətinin təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və təhlilində iştirak edilməsi;
  • Şöbəyə daxil olan müraciətlərin araşdırılması və vaxtında cavablandırılması;
  • Liman və digər dəniz nəqliyyatı obyektlərinin tikintisi, yenidənqurulması və rekonstruksiyası ilə əlaqədar şöbəyə təqdim edilmiş layihələrə müvafiq rəyin verilməsi;
  • Hidrotexniki qurğuların uçotunun aparılmasında iştirak edilməsi;
  • Statistik məlumatların toplanması, ümumiləşdirilməsi və təhlilinin aparılması;
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq digər vəzifələrin icrası.

 

Tələb olunan bilik və bacarıqlar:

 

  • Limanlara dair yerli və beynəlxalq qanunvericiliyə dair biliklər;
  • Qanunvericiliyin təhlili və analizi bacarığı;
  • Liman infrastruktur obyektlərinin uyğunluq göstəricilərinin yoxlanılması bacarığı;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Təhlil etmə bacarığı;
  • İngilis dili – yaxşı;
  • Rus dili – yaxşı;
  • Komandada işləmə bacarığı;

 

Vəzifə üzrə təcrübə:

 

  • Müvafiq sahə üzrə minimum - 2 il iş təcrübəsi.

 

Təhsil və kvalifikasiyalar:

 

  • Dəniz hüququ, Dəniz texnikası və texnologiyası mühəndisliyi, Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi və ya Dəniz naviqasiya mühəndisliyi ixtisasları üzrə ali təhsil;

 

Arzu olunan tələblər:

 

  • Dənizçilik sahəsində beynəlxalq sertifikatlar və biliklər;

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.