Tələb olunan bilik və bacarıqlar:
-
Yerli cərəyanlar, doklar və körpülər, rabitə prosedurları/qaydaları, qrafiklər, naviqasiya avadanlığı,liman infrastrukturu haqqında geniş biliklər;
-
Lövbərə dayanma, körpüyə yanalma, körpünü tərk etmə, yedəkli və ya yedəksiz manevretmə qaydalarını və qəza şəraitində gəminin idarə edilməsi qaydası;
-
Hərəkətin bölünmə sistemində üzmə qaydaları;
-
Mayakların, buyların, işarələrin, stasionar konstruksiyaların adları, mövqeyi və xüsusiyyətləri;
-
Kanalın dərinliklərindən, aparılan hər hansı dibdəyişmə əməliyyatlarından, sualtı kabellər kimi maneələrdən, ərazidə mövcud olan lövbər dayanacaqlarından, gəminin idarə olunmasına birbaşa təsir edən təbii amillərdən, yerləşdirilmiş buyların real vaxt rejimində mövcüd vəziyyətinə dair məlumatlardan xəbərdar olmaq;
-
Dənizçilik sahəsində yerli və beynəlxalq qanunvericiliyə dair biliklər;
-
Beynəlxalq dəniz təşkilatının standart dəniz danışığı ifadələrinə dair biliklər;
-
"Azərbaycan Respublikasının Ərazi sularında üzmə Qaydaları”, “Gəmilərin nəzarət yoxlanmasına dair Əsasnamə" haqqında bilik;
-
Güclü şifahi ünsiyyət bacarığı;
-
Dəqiqlik və məsuliyyətlilik;
-
Planlama və zamanın idarə edilməsi;
-
Stressə davamlılıq;
-
Problemləri həll etmə bacarığı;
-
Operativlik;
-
Çevik qərar vermə bacarığı;
-
Komandada işləmə bacarığı;