Liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizliyini və məcburi üzmə qaydalarına riayət olunması məqsədi ilə ticarət gəmiçiliyi sahəsində Azərbaycan Respublikasında qüvvədə olan qanun, qayda və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək;
Gəmilərin limana girişini və çıxışını rəsmiləşdirmək;
Gəmi sənədlərini, eləcə də sertifikat (diplom) və şəhadətnamələri yoxlamaq;
Liman akvatoriyasında gəmilərə bələdçi xidmətinin göstərilməsini təşkil etmək;
Dəniz hadisələrinin (insidentlərinin) araşdırılmasını təmin etmək;
Dəniz qəzalarının araşdırılmasında iştirak etmək;
Limanda və onun yaxınlığında bədbəxt hadisələrə düçar olmuş insanlara, gəmilərə yardım göstərmək məqsədi ilə xilasetmə əməliyyatlarını təşkil etmək;
Limanda, limanın yaxınlığında olan kanal və farvaterlərdə dərinliklərin tələb olunan səviyyədə saxlanılmasına nəzarət etmək;
Limanda və limanın yaxınlığında naviqasiya avadanlıqlarının işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
Liman kapitanının sərəncamında olan naviqasiya və hidrometeoroloji məlumatların gəmi kapitanlarına çatdırılmasını təmin etmək;
Tələb olunan bilik və bacarıqlar:
Fəaliyyət sahəsi ilə əlaqədar yerli və beynəlxalq qanunvericiliklər üzrə biliklər;
MS Office proqramlarında yüksək səviyədə işləmə bacarığı;
Şifahi və yazılı ünsiyyət bacarığı;
Dəqiqlik və məsuliyyətlilik;
Planlama və zamanın idarə edilməsi;
İnnovativlik;
Stresə davamlılıq;
Operativlik;
Layihələrin idarəedilməsi;
Problemləri həll etmə bacarığı;
Komandada işləmə bacarığı;
Vəzifə üzrə təcrübə:
Dəniz təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir. Dəniz sahəsi üzrə bilik və təhsilin olması mütləqdir.
Arzu olunan tələblər:
Naviqasiya, gəmiqayırma sahələrində təcrübə;
Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması qaydaları;
Rus dili və İngilis dili (B2).
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən öz Cv-lərini
karyera@ddla.gov.az
elektron poçt ünvanına göndərməkləri xahiş olunur.