info@ddla.gov.az
AZ

İdarə Heyəti sədrinin müavini

Etibar Əziz oğlu Bağırov

1971-ci ildə Bakı şəhərində anadan olmuşdur.

 

1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-iqtisad fakültəsini bitirmişdir.

1993-2003-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif məsul vəzifələrdə çalışmışdır.

 

2003-2009-cu illərdə Suraxanı, Xəzər və Yasamal rayonlarında “Azərsu” ASC-nin idarə rəisi olmuşdur.

 

2010-2018-ci illərdə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, 2018-2021-ci illərdə isə Dövlət Dəniz Agentliyinin Maliyyə-inzibati şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 iyun tarixli Sərəncamı ilə Dövlət Qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

 

Azərbaycan Dövlət Dəniz Akademiyasının dosentidir.


Dəniz nəqliyyatının iqtisadiyyatı üzrə 30-dək elmi əsərin, tədris proqramının və dərsliyinin müəllifidir.

 

Dövlət Dəniz və Liman Agentliyinin YAP ərazi ilk partiya təşkilatının sədridir.

 

2021-ci ilin dekabr ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

 

Rus və ingilis dillərini bilir.

 

Ailəlidir, iki övladı var.