info@ddla.gov.az
AZ


Beynəlxalq Dəniz Təşkilatının 27 iyun 2022-ci il tarixli “Gəmidə saxlanılmalı olan sertifikatların və sənədlərin siyahısı” haqqında sirkulyar məktubunda gəmi sənədlərinin elektron qaydada verilməsi ilə bağlı məlumatlar öz əksini tapıb.

Bu məqsədlə adıçəkilən təşkilatın 20 aprel 2016-cı il tarixli FAL.5/Circ.39/Rev.2 nömrəli sirkulyar məktubu ilə yayımlanmış “Elektron sertifikatların istifadəsi barədə təlimat”ın müddəaları nəzərə alınıb. Dövlət Dəniz və Liman Agentliyi tərəfindən səlahiyyətləndirilən Təsnifat Cəmiyyətlərinin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə elektron qaydada gəmi sənədlərini təqdim etməsinə razılıq verilib.

Bununla əlaqədar olaraq, Agentlik tərəfindən sözügedən Təsnifat Cəmiyyətləri müvafiq şəkildə məlumatdırılıb.

Dövlət Dəniz və Liman Agentliyi tərəfindən dəniz nəqliyyatı sahəsində həyata keçirilən xidmətlərin elektronlaşdırılmasının daha da genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilir.