info@ddla.gov.az
AZ

   12 dekabr – Ulu öndər Heydər Əliyevin anım günündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, həmçinin nazirliyin tabeliyində fəaliyyət göstərən   Dövlət Dəniz və Liman Agentliyinin kollektivi  Fəxri xiyabanda Ümummilli liderin məzarını ziyarət edib.

Ziyarətçilər Ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.


Nazirliyin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin abidəsini  ziyarət edib
Nazirliyin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin abidəsini  ziyarət edib