Bu gün ölkəmizdə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu,
memarı, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd olunur.
Bununla əlaqədar Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin
məzarını ziyarət edib və abidəsi önünə gül dəstələri qoyublar.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da
məzarı ziyarət olunub.