Bu gün Azərbaycan xalqı böyük tarixi şəxsiyyət,
görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider
Heydər Əliyevin 100 illik yubileyini qeyd edir.
Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin, həmçinin nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və
Liman Agentliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət
edib.
Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini
ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər
düzülüb.