info@ddla.gov.az
AZ

  Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) əməkdaşları Rumıniyanın Konstansa şəhərində Beynəlxalq Dəniz Təşkilatının və Rumıniyanın Dənizçilik İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən regional təlim kursunda ölkəmizi təmsil ediblər.


  Kursun məqsədi auditor kimi namizədlikləri təklif edilən şəxslərin Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxeminə (IMSAS) əsasən keçirilən audit yoxlamalarına cəlb edilməsinin mümkünlüyünün nəzərdən keçirilməsi, eləcə də onların müvafiq sahə üzrə bilik və bacarıqlarının dəyərləndirilməsi olub.


  IMSAS üzrə auditorlar üçün təşkil olunan kursda Azərbaycan, Türkiyə, Türkmənistan, Gürcüstan, Rumıniya, Moldova, Litva, Polşa, Monteneqro və İsrailin dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən müvafiq qurumlarından 16 auditor namizəd iştirak edib.


  DDLA-nın hər iki əməkdaşının da daxil olduğu 8 auditor namizəd həm onlayn, həm də əyani formada təşkil edilən təlimdə fərdi və qrup tapşırıqlarının icrasını müvəffəqiyyətlə bitirərək beynəlxalq sertifikatla təltif olunublar.

Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları regional təlim kursunu uğurla bitiriblər
Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları regional təlim kursunu uğurla bitiriblər
Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları regional təlim kursunu uğurla bitiriblər