info@ddla.gov.az
AZ


Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı  hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.

     Yanvarın 13-ü səhər saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhərədək davam edəcək.

     Küləyin sürəti 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

     Dalğanın hündürlüyü: 3.0-4.0 m, sonrakı inkişafda 4.5-6.5 m çatacağı proqnozlaşdırılır.

      Bu hidrometeoroloji hadisə haqqında məlumat Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə daxil olan kimi mütəxəssislərimiz tərəfindən təhlil olunub və  gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri məlumatlandırılıb.

     Həmçinin, neft-qaz platformalarına aid olan qurumlara, lövbərdə dayanan və hərəkətdə olan gəmilərə də məlumatlar ötürülüb.