Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi
(GHİM) fırtınalı hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və
Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji
Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil
olub.
Məlumata əsasən, oktyabrın 8-i günün ikinci yarısında Xəzər dəniz
akvatoriyasında başlayacaq küləyin 10-u səhər saatlarına kimi davam edəcəyi
proqnozlaşdırılır.
Həmin günlər ərzində Xəzər Dəniz Akvatoriyasında müşahidə ediləcək cənub-qərb
küləyi sonrakı günlərdə şimal-qərb küləyi ilə əvəz olunacaq.
Açıq dənizdə küləyin surəti arabir 33-35 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın
hündürlüyü 2.0-4.0 m., sonrakı inkişafda isə 4.5-6.5 m.çatacağı
proqnozlaşdırılır.