info@ddla.gov.az

  Dövlət Dəniz və Liman Agentliyində (DDLA) hər il martın 1-də qeyd olunan Mülki Müdafiə Günü bu il “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” başlığı altında keçirilib.
  Məqsəd mülki müdafiə sisteminin gücləndirilməsi, əhalinin fövqəladə hallara hazırlığı, təhlükəsizliyin təmin olunması, həmçinin mülki müdafiənin cəmiyyət üçün əhəmiyyətini təşviq edərək bu istiqamətdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir.
  Tədbir çərçivəsində Mülki Müdafiə Gününün yaranma tarixinə nəzər salınıb və keçən ildən bu günə kimi baş verən fövqəladə hallar haqqında məlumat verilib.
  Tədbir zamanı Agentlikdə güclü mülki müdafiə sisteminin qurulması və onun əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.