
Dövlət Dəniz və Liman
Agentliyində dənizçilərin hazırlanması və sertifikatlaşması, bilik və
bacarıqlarının qiymətləndirilməsi, o cümlədən təlim-tədris fəaliyyətinin tənzimlənməsi
üzrə son dövrlərdə həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi,
onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə
cavablandırılması məqsədilə dekabrın 19-u saat 10:00-da Agentliyin inzibati
binasında “Açıq qapı” günü keçiriləcək.
“Açıq qapı” günündə iştirak etmək istəyən dənizçilər
müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) ghd@ddla.gov.az e-poçt
ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, Agentlik
tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə
“Açıq qapı” günləri mütəmadi olaraq təşkil olunur.
Bu barədə Agentliyin rəsmi veb-saytında və sosial şəbəkə hesablarında məlumat verilir.