info@ddla.gov.az
AZ


      Dövlət Dəniz və Liman Agentliyində dənizçilər üçün təşkil edilən “Açıq qapı” günündə qurumun rəhbər heyəti iştirak edib. Görüşdə dənizçiləri maraqlandıran suallara cavab verilib və bir sıra mövzular ətrafında müzakirələr aparılıb. 

      Həmçinin son illər ərzində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən həyata keçirilən   islahatlar yüksək qiymətləndirilib. Bildirilib ki, müvafiq sahəni tənzimləyən beynəlxalq hüquqi aktların tələbləri nəzərə alınmaqla, dənizçilərin sertifikatlaşdırılması ilə bağlı prosedurların sadələşdirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

      Bu yaxınlarda bir neçə xüsusi hazırlıq şəhadətnaməsinin dənizçilərə müddətsiz verilməsi ilə bağlı qəbul olunmuş qərarın həyata keçirilən məqsədyönlü tədbirlərin bir hissəsi olduğu da diqqətə çatdırılıb.

      Qeyd edək ki, növbəti aylarda da “Açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub. Bu barədə Agentliyin rəsmi saytında və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.