Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi, Dövlət Dəniz və Liman Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin
birgə təşkilatçılığı ilə “Xəzəri qoruyaq” adlı ekoloji aksiyaya start verilib.
Üç gün davam edəcək aksiya
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər
çərçivəsində təşkil olunub.
Layihənin məqsədi ətraf mühitin
sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu Öndər Heydər Əliyevin əziz
xatirəsini yad etmək, cəmiyyətdə ekologiyaya diqqət mədəniyyətinin təbliğinə
töhfə vermək, eləcə də son illər Xəzər dənizində suyun azalması probleminə diqqəti
çəkməkdir.
Ümummili Lider Heydər Əliyev Azərbaycana
rəhbərlik etdiyi bütün dövrlərdə ekoloji problemlərin həllini daim diqqətdə
saxlayıb, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə
xüsusi qayğı ilə yanaşıb.
Ekoloji aksiya zamanı Xəzər dənizində
suyun səviyyəsinin azalması səbəbindən sahilboyu hissədə üzə çıxan 10 tona
yaxın tullantının təmizlənərək utilizasiya olunması nəzərdə tutulub.
“Xəzəri qoruyaq” ekoloji aksiyasına “İnnovasiya Könüllüləri
Təşkilatı”nın könüllülər qrupu da qoşulub.