Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyi ilə Türkiyə
Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi
arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu
imzalanıb.
Anlaşma Memorandumunu Türkiyə nümayəndə heyətinin
Azərbaycana səfəri çərçivəsində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin
sədri Arif Məmmədov və Türkiyənin Dənizçilik Baş İdarəsinin müdiri Ünal Baylan
keçirilmiş ikitərəfli görüş zamanı imzalayıb.
Anlaşma Memorandumunda bələdçilər, gəmilərin nəzarət
yoxlamasını həyata keçirən müfəttişlər və gəmi idarəetmə xidmətinin
operatorları üçün Türkiyə tərəfindən təlimlərin keçirilməsi, Beynəlxalq Dəniz Təşkilatının
audit yoxlamasına hazırlıqla bağlı yardım, eləcə də Azərbaycanda dəniz nəqliyyatının
iştirakçıları arasında məlumat mübadiləsini asanlaşdıracaq Vahid Dənizçilik Pəncərəsinin
tətbiqi sahəsində dəstək məsələləri əks olunub.
Daha sonra Türkiyə nümayəndə heyəti Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Tərəflər, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də də görüşlər keçiriblər.