info@ddla.gov.az
AZ


         Bu  gün   axşamdan başlayaraq   ölkə ərazisində havanın  kəskin dəyişməsi  ilə bağlı   Dövlət  Dəniz  və  Liman Agentliyinin  Gəmi  Hərəkətinin  İdarəedilməsi  Mərkəzi  Azərbaycanın ərazi sularında  üzən gəmilərə xəbərdarlıq edib.

Xəbərdarlığa əsasən, Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin fevralın 10-u gündüzədək davam etməsi proqnazlaşdırılır. Həmin  günlər ərzində  şimal-qərb, şimal  küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30-35 m/s-dək  güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 3.0-5.0 m, sonrakı inkişafda 6.0-8.0 m. çatacağı praqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan daxil olan məlumatlar dərhal Gəmi Hərəkətinin İdarəedilməsi  Mərkəzinin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlər həyata keçirilib. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətimdə dərhal təlimatlandırılıb. Həmçinin, lövbərdə duran, hərəkətdə olan gəmilərə üç dildə azərbaycan, rus, ingilis dillərində navtex və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

Bununla yanaşı. dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb.

Hazırda Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.