25 İyun – Dənizçi Günü münasibətilə Dövlət Dəniz və Liman Agentliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin (ASCO) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi və əməkdaşları Fəxri Xiyabana gələrək
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə
güllər düzülüb.
Sonra Şəhidlər Xiyabanına gələn dənizçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə
canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən I Qarabağ müharibəsində şəhid olan dənizçilərin xatirəsini
ehtiramla yad ediblər.