info@ddla.gov.az
AZ

25 İyun – Dənizçi Günü münasibətilə Dövlət Dəniz və Liman Agentliyinin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi və əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Sonra Şəhidlər Xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən I Qarabağ müharibəsində şəhid olan dənizçilərin xatirəsini ehtiramla yad ediblər.

Bu gün münasibətilə keçirilən tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, ASCO-nun Müşahidə Şurasının üzvü Rəhman Hümmətov dənizçiləri peşə bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda dənizçilik zəngin ənənələrə və tarixə malikdir: “Milli gəmiçiliyimiz şərəfli inkişaf yolu keçib və bu inkişafın əsas dövrü Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərə təsadüf edib. Bu gün isə onun missiyasını cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Dəniz nəqliyyatı sahəsi ilə əlaqədar mühüm islahatlar aparılır, geniş infrastruktur layihələri icra olunur, qanunvericilik bazası təkmilləşdirilir, milli kadrların hazırlanması prosesinə xüsusi diqqət ayrılır. Ölkə başçısının birbaşa dəstəyi ilə donanmaların tərkibinin yeni gəmilərlə zənginləşdirilməsi istiqamətində də böyük işlər görülür. Bu günlərdə alınan “Aframax” tipli nəhəng gəmilər bunun ən bariz nümunəsidir”.

“Azərbaycanın bugünkü sürətli inkişafında dəniz nəqliyyatı işçilərinin xüsusi əməyi var. Gəmiçilər həm yük daşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynamaqla, iqtisadi siyasətə mühüm töhfə verirlər”, – deyə Rəhman Hümmətov çıxışının sonunda vurğulayıb.

Peşə bayramı münasibətilə bütün dəniz nəqliyyatı işçilərini təbrik edən ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev Dənizçi Gününün üçüncü ildir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq zəfərimizin yaşatdığı qürur hissi ilə qeyd olunduğunu bildirib.

Rauf Vəliyev 165 illik tarixi olan Azərbaycan gəmiçiliyinin keçdiyi şərəfli inkişaf yolundan danışıb və bu sahədəki hazırkı inkişafın Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ümummilli Lider ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə gəmiçiliyi daim diqqətdə saxlayıb, dənizçilərdən öz qayğısını əsirgəməyib. Bu gün onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gəmiçilik sahəsində genişmiqyaslı layihələr həyata keçirilir, donanmalar yeni gəmilərlə zənginləşdirilir.

Çıxışlardan sonra bu il 15 İyun – Milli Qurtuluş Günündə yeni istifadəyə verilmiş “Aframax” tipli “Şuşa” tankeri haqqında video təqdim olunub.

Tədbirdə Dənizçi Günü münasibətilə Dövlət Dəniz və Liman Agentliyi tərəfindən “Dəniz Donanmasının fəxri işçisi” və “Uzaq səfərlər kapitanı” döş nişanlarına layiq görülənlərin adları açıqlanıb.

Həmçinin “Suraxanı” gəmi-muzeyinin eksponatları əsasında hazırlanan “Dənizçilik əlifbası” kitabı təqdim olunub.

Tədbir maraqlı konsert proqramı ilə davam edib.

25 İyun – Dənizçi Günü münasibətilə tədbir keçirilib.