info@ddla.gov.az

Vakansiyanın detalları

 

Vəzifə öhdəlikləri:

 

  • İnformasiya texnologiyaları üzrə avadanlıq və xidmətlərin tərtib olunması, quraşdırılması, istismarı və dəstəklənməsi;
  • Telekommunikasiya vasitələri və qurğulara, kompüter, radiorabitə avadanlıqlarının quraşdırılması, texniki xidmətin göstərilməsi, avadanlıqların təmirinin təşkili;
  • Telekommunikasiya vasitələri və qurğuların, kompüter və radiorabitə avadanlıqlarında baş verən nasazlıqların aradan qaldırılması;
  • Xidmət göstərilən texniki vasitələrin quruluşunu, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərinin, təyinatını və iş rejimlərini, montaj və funksional sxemlərinin müəyyən edilməsi;
  • İstifadəçi kompüteri, proqram təminatı və periferik avadanlıqların quraşdırılması və yönləndirilməsi;
  • İstismar olunan radiorabitə avadanlıqlarına monitorinqin aparılması, yarana biləcək çatışmazlıqların öncədən aşkarlanması;
  • Kompüter, printer, skanner üzrə texniki xidmətlərin təşkil edilməsi;
  • İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) avadanlıqlarının inventarının həyata keçirilməsi;
  • Fiziki olaraq İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) avadanlıqlarının qorunması və təhlükəsizliyini təmin edilməsi.

 

Tələb olunan bilik və bacarıqlar:

 

  • Rabitənin təşkili və qurulması bilikləri;
  • Rabitə qüllələrində (hündürlükdə) işləmək bacarığı;
  • Kabel və birləşdiricilərin lehimlənməsi (qaynağ edilməsi);
  • Elektronika üzrə biliklər;
  • Texniki dəstəyin təmin olunması üzrə biliklər;
  • İş yerinin hazırlanması təcrübəsi (kabel çəkilişi, kompüterin hazırlanması və kompüterə əlavə qurğuların quraşdırılması);
  • Kompüterin texniki istismar qaydaları bilikləri;
  • MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook) proqramları üzrə biliklər;
  • İşgüzar ünsiyyət bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Operativlik;
  • Problemləri həll və analiz etmə bacarığı;
  • Komandada işləmə bacarığı.

 

Vəzifə üzrə təcrübə:

 

  • Müvafiq sahə üzrə minimum - 2 il iş təcrübəsi.

 

Təhsil və kvalifikasiyalar:

 

  • Radioelektronika ixtisası üzrə ali təhsil;
  • Azərbaycan dili (səlis) və İngilis dili (B1);

 

Arzu olunan tələblər:

 

  • Markasından və modelindən asılı olmayaraq bütün növ radiorabitə avadanlıqları, telekommunikasiya vasitələri və qurğularında istismar bacarığı;
  • Radioelektron avadanlıqların təmir etmə bacarığı;
  • Rabitə vasitələrinin quraşdırılması zamanı hündürlükdə işləmə bacarığı;
  • Texniki sənədlərlə işləmək bacarığı;
  • Elektrik sxemlərin oxuma bacarığı;
  • Dəniz təyinatlı radioavadanlıqlar və modern texniki avadanlıqlar üzrə texniki məlumatlılıq;
  • Rus dili (B1).

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.