info@ddla.gov.az

Vakansiyanın detalları

 

Vəzifə öhdəlikləri:

 

  • Agentliyin strategiyasına uyğun sosial aktivliyinin artırılması üçün tədbirlər planının hazırlanması və həyata keçirilməsi;
  • Daxili kommunikasiya kanalları üçün məzmunların yaradılması və mətnlərin yazılması;
  • Dövlət qurumları, media orqanları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Sosial mediada Agentlik haqqında yayımlanan materialların gündəlik monitorinqi və aidiyyəti üzrə məsul şəxslərə məlumat verilməsi;
  • Tədbirlər və görüşlər zamanı foto və video çəkilişlərin təşkili;
  • Böhran kommunikasiyalarının effektiv idarə edilməsi;
  • Daxili kommunikasiya strategiyasının yaradılması və həyata keçirilməsi;
  • Kommunikasiya və İctimaiyyətlə əlaqələr layihələrinin büdcələndirilməsinə iştirak, hesabatlılığın aparılması;
  • Korporativ Sosial Məsuliyyət strategiyasının qurulması və sosial layihələrin təşkili;
  • Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili;
  • Dəniz üzgüçülüyü sahəsi üzrə tendensiyaların izlənməsi və təhlili;
  • Sosial media kanallarında aktivliyin və bağlılığın ölçülməsi və hesabatlılığın aparılması.

 

Tələb olunan bilik və bacarıqlar:

 

  • Kütləvi informasiya vasitələri ilə iş bacarığı;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Peşəkar səviyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Peşəkar təqdimat bacarığı;
  • Araşdırma və təhlil etmə bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Planlama və zamanın idarə olunması;
  • Problemləri həll etmə bacarığı;
  • Qərarvermə bacarığı;
  • Zamanın idarə olunması bacarığı.

 

Vəzifə üzrə təcrübə:

 

  • Müvafiq sahə üzrə minimum - 2 il iş təcrübəsi;

 

Təhsil və kvalifikasiyalar:

 

  • Jurnalistika, ictimaiyyətlə əlaqələr, beynəlxalq münasibətlər və ya dilşünaslıq ixtisasları üzrə ali təhsil;
  • İngilis dili (B1) və Rus dili (C1);

 

Arzu olunan tələblər:

 

  • KİV-in strukturu və funksiyaları üzrə mükəmməl bilik və müvafiq sertifikatlar ;
  • Sosial media marketinq (SMM) üzrə azı 1 il iş təcrübəsi;

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.