info@ddla.gov.az

Vakansiyanın detalları

 

Vəzifə öhdəlikləri:

 

  • Əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən dövlət bayraq nəzarəti yoxlamalarının planlaşdırılmasında iştirak edilməsi;
  • Öz bayrağını daşıyan gəmilərin milli və beynəlxalq qaydalara uyğunluğunun yoxlanılması və araşdırılması;
  • Dövlət bayraq nəzarəti yoxlamaları zamanı gəmilərin və heyətlərinin Beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğunun yoxlanılması;
  • Gəmilərin Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) və bayraq dövlətinin öz tələblərinə uyğun təhlükəsizlik standartlarına cavab verildiyinin təmin edilməsi;
  • Dövlət bayraq nəzarəti yoxlamaları zamanı dənizçilik təhlükəsizliyinə, insan həyatına və ya ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqların müəyyən edilməsi;
  • Dövlət bayraq yoxlamaları zamanı gəminin risk profilinin hesablanmasının təmin edilməsi;
  • Gəmi heyətinin hazırlıq səviyyəsini yoxlamaq üçün təlim məşqlərinin keçirilməsi;
  • Dövlət bayraq yoxlamaları zamanı Beynəlxalq konvensiyalara uyğun olaraq gəmidə təhlükəli və zərərli maddələrin düzgün yerləşdirilməsinin, qablaşdırılmasının və etiketlənməsinin təmin edilməsi;
  • Dövlət bayraq yoxlamalarının nəticələri ilə bağlı hesabatların hazırlanması;
  • Gəminin Beynəlxalq Gəmi Təhlükəsizlik Sertifikatı (ISSC), Təhlükəsizlik İdarəetmə Sertifikatı (SMC) və digər lazımi sertifikat və sənədlərin olduğunun yoxlanılması;
  • Gəmi saxlanıldıqda, müəyyən edilmiş uyğunsuzluqlar səbəbilə gəmi kapitanına və sahiblərinə məlumat verilməsi;
  • Gəmi saxlanıldıqda Detensiya hesabatı hazırlayıb, surətini Bayraq dövləti, gəminin təsnifat cəmiyyəti və Beynəlxalq Dənizçilik Təşkilatına təqdim edilməsi;
  • Dəyişiklik edilən uyğunsuzluqlardan sonra gəmi üzərində yenidən yoxlama aparılması, hesabatda müvafiq qeydlərin edilməsi və bu barədə liman kapitanına məlumat verilməsi;
  • Alt standartlı gəmilərin fəaliyyət göstərməsinin qarşısının alınması, beləliklə dəniz təhlükəsizliyinin artırılması, dəniz mühitinin qorunması və ədalətli rəqabətin təmin edilməsi;
  • İnspeksiya hesabatlarının məlumatlarının Dövlət Gəmi Nəzarəti Agentliyinin məlumat bazasına daxil edilməsinə nəzarət edilməsi;
  • İdarəetmə tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi.

 

Tələb olunan bilik və bacarıqlar:

 

  • Yerli və beynəlxalq dənizçilik qanunvericiliyi haqqında biliklər;
  • Gəmiçilik və radioavadanlıq avadanlıqlarının istifadə və test prosedurları haqqında biliklər;
  • Həyat xilasetmə avadanlıqlarının istifadə və test prosedurları haqqında biliklər;
  • Gəmi nəzarəti yoxlama kursunu başa vurma sertifikatı;
  • MS Office proqramlarında səriştə;
  • Şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Dəqiqlik və məsuliyyət;
  • Analitik bacarıqlar;
  • Gərginliklərə qarşı dözümlülük;
  • Planlaşdırma və zaman idarəetməsi bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Qərar qəbul etmə bacarığı;
  • Komanda işi bacarığı.

 

Vəzifə üzrə təcrübə:

 

  • Müvafiq sahə üzrə minimum - 3 il iş təcrübəsi;

 

Təhsil və kvalifikasiyalar:

 

  • Dənizçilik, dəniz mühəndisliyi, gəmiçilik memarlığı və ya əlaqəli sahələrdə ali təhsil tələb olunur;
  • Tələb olunan ixtisaslar: Təhlükəsizlik İdarəetmə Sertifikatları (SMC), Beynəlxalq Gəmi Təhlükəsizlik Sertifikatları (ISSC) və digər sertifikatlar.

 

Arzu olunan tələblər:

 

  • Beynəlxalq dənizçilik sazişləri və milli qanunvericilik haqqında biliklər;
  • Əvvəlki təcrübə gəmi yoxlamaları, auditlər və ya araşdırmalar sahəsində üstünlük təşkil edir.
  • Azərbaycan dili (səlis) və İngilis dili (B1)

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.