info@ddla.gov.az

Vakansiyanın detalları

 

Vəzifə öhdəlikləri:

 

  • Şəbəkə təhlükəsizliyi avadanlıqlarının və sistemlərinin monitorinqinin edilməsi;
  • Şəbəkə təhlükəsizliyi avadanlıqlarında və sistemlərində optimizasiya işlərinin aparılmasında dəstəyin göstərilməsi;
  • İnformasiya təhlükəzisliyi sistemlərinin dəstəklənməsi, həmçinin hücumlara, müdaxilələrə və qeyri-qanuni fəaliyyətlərə nəzarət edilməsi;
  • Nüfuz testinin (Penetration testing) tətbiqi ilə mövcud olan boşluqların və zəifliklərin aradan qaldırılması əməliyyatlarının həyata keçirilməsində dəstəyin göstərilməsi;
  • Kibertəhlükəsizlik pozuntuları ilə bağlı insidentlərin aradan qaldırılması;
  • Agentlik daxili əməkdaşlarının İnformasiya təhlükəsizliyi, insidentləri və təhdidləri üzrə məlumatlandırılması;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin idarə olunması, informasiya təhlükəsizliyi hadisələrinin monitorinqi, insidentlərin aşkarlanması və araşdırılması;

 

Tələb olunan bilik və bacarıqlar:

 

  • İnformasiya təhlükəsizliyi üzrə monitorinq, aşkaretmə, Loqları analiz və təhlil etmək, və təhqiqat üzrə biliklər (“Computer forensics” “Network forensics”);
  • İnformasiya texnologiyalarının müvafiq sahələri üzrə bilik;
  • Şəbəkə təhlükəsizliyi, IDS/IPS, şəbəkə protokoları (TCP/IP) haqqında biliklər;
  • Mühafizə texnologiyalarına SIEM,SOAR,WAF,Next Generation Firewall (Fortinet/Paloalto),PAM,DLP,Antivirus,EDR,XDR və.s) dair biliklər;
  • Server avadanlıqları ilə işləmə bacarığı;
  • İşgüzar ünsiyyət bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Məxfilik, diqqət və təhliletmə bacarığı;
  • Riyazi təhlil bacarığı;
  • Analitik düşünmə;
  • Stresə davamlılıq;
  • Problemləri həll etmə bacarığı;
  • Komandada işləmə bacarığı.

 

Vəzifə üzrə təcrübə:

 

  • İnformasiya Təhlükəsizliyi sahəsində minimum - 2 il iş təcrübəsi;

 

Təhsil və kvalifikasiyalar:

 

  • İnformasiya texnologiyaları və ya Kibertəhlükəsizlik ixtisasları üzrə ali təhsil və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə müvafiq sertifikatların olması.

 

Arzu olunan tələblər:

 

  • ISSP, CISA və CompTIA Security sertifikatların olması arzuolunandır;
  • Azərbaycan dili (səlis) və İngilis dili (B1);

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.