info@ddla.gov.az
AZ

İdarə Heyəti sədrinin müavini

Renat Etibar oğlu Rzayev

1983-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur

 

2004-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Dəniz texnikası və gəmiçilik fakültəsinin gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi ixtisasını bitirmişdir.

 

2005-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında müxtəlif vəzifələrdə çalışmışdır.

 

2012-2015-ci illərdə Maersk Drilling Services LLC “Heydər Əliyev” adına üzən qazma qurğularında kapitanın baş köməkçisi, kapitan (Barge master), həmçinin Maersk Drilling Services LLC-nin qurudakı ofisində dəniz və təhlükəsizlik üzrə müşavir işləmişdir.

 

2015-2017-ci illərdə BP şirkəti tərəfindən həyata keçirilən “Şah Dəniz 2” layihəsində dəniz üzrə layihə mühəndisi olmuşdur.

 

2017-2018-ci illərdə Azərbaycan Dəniz Gəmilərinin Təsnifatı Cəmiyyətinin baş direktoru vəzifəsində çalışmışdır.

 

2018-2019-cu illərdə “DNV GL” şirkətində dəniz üzrə müşavir işləmişdir.

 

2019-cu ildə “DNV GL” şirkətində Azərbaycan üzrə icraçı menecer vəzifəsində çalışmışdır.

 

2011-ci ildə “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi almışdır.

 

Bir çox ölkələrdə təlim və kurslarda iştirak edərək müxtəlif sertifikatlar əldə etmişdir.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

2021- ci ilin dekabr ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

 

Rus və ingilis dillərini bilir.

 

Ailəlidir, üç övladı var.