info@ddla.gov.az
AZ

İdarə Heyəti sədrinin müavini

Rabil Abas oğlu Niftullayev

1968-ci ildə Masallı rayonunda anadan olmuşdur.

 

1985-1989-cu illərdə Dövlət Dənizçilik Akademiyasının Gəmi sürücülüyü fakültəsini bitirmişdir.

 

2008-2012-ci illərdə Ukraynanın Psixologiya və menecment İnstitutunda təhsil almışdır.

 

1990-2000-ci illərdə Xəzər Dəniz Neft Donanmasında kapitan köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır. Qısa zaman ərzində sözügedən idarədə kapitan vəzifəsinədək yüksəlmişdir.

 

2000-2011-ci illərdə bir çox ölkələrdə kapitan vəzifəsində çalışmışdır.

 

2011-2014-cü illərdə BP Azərbaycan şirkətində işləmişdir.

 

2014-cü ildə Xəzər Dəniz Neft Donanmasında Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəisi olmuşdur.

 

2014-2022-ci illərdə BP şirkətinin “Şahdəniz-2” layihəsində Dəniz məsələləri üzrə rəhbər vəzifəsini icra etmişdir.

 

Neft-qaz sənayesi üzrə dəniz əməliyyatları sahəsində 32 illik təcrübəsi vardır.

 

2022-ci ilin mart ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

 

Rus və ingilis dillərini bilir.

 

Ailəlidir, üç övladı var.