info@ddla.gov.az

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Layihələrin idarə edilməsi şöbəsinin təşəbbüsü ilə həyata keçirilən “Qurumlararası sinerjinin artırılması” layihəsi çərçivəsində növbəti görüş Dövlət Dəniz və Liman Agentliyində baş tutub.

Görüş zamanı Agentliyin sədri vəzifəsini müvəqqəti icra edən Əfqan Cəlilov iştirakçılar qarşısında çıxış edərək qurumun fəaliyyət istiqamətləri, prioritetləri və strateji əhəmiyyəti barədə geniş məlumat verib.

Daha sonra Agentliyin Strateji İnkişaf və Layihələrin idarə edilməsi şöbəsinin müdiri Nigar Ağayeva Agentlikdə son illərdə aparılan islahatlar, həyata keçirilən layihələr və qarşıya qoyulan məqsədlərlə bağlı təqdimatla çıxış edib. O, həmçinin Agentliyin missiyası, baxışı və əsas dəyərləri barədə məlumatları da iştirakçılarla bölüşüb.

Görüş çərçivəsində iştirakçılar üçün Xəzər dənizi turu təşkil olunub. Tur zamanı qonaqlara dəniz nəqliyyatında təhlükəsizlik və Agentliyin bu sahədəki rolu barədə əyani məlumat verilib.

Tədbirin əsas məqsədi Nazirliyin strukturuna daxil olan qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi yaratmaqla fəaliyyət səmərəliliyinin artırılması olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə “Qurumlararası sinerjinin artırılması” layihəsi çərçivəsində Nazirliyin və tabeli qurumların əməkdaşları Dövlət Dəniz və Liman Agentliyində qonaq olublar