
Milli Müdafiə Universitetində keçirilən “Strateji
araşdırmalar və dövlət müdafiəsinin idarə edilməsi” üzrə növbəti kurs çərçivəsində
14 dövlət orqanı əməkdaşlarının, habelə Türkiyə və Pakistan Silahlı Qüvvələrinin
yüksəkrütbəli hərbi qulluqçularının iştirakı ilə Dövlət Dəniz və Liman
Agentliyinə ziyarət təşkil olunub.
Ziyarətdə ümumilikdə 26 nəfər iştirak edib. Onlardan
12-si Müdafiə Nazirliyinin, 11-i digər dövlət qurumlarının nümayəndələri olub. 2
nəfər Türkiyə, 1 nəfər isə Pakistan Silahlı Qüvvələrini təmsil edib.
Kursun proqramına uyğun olaraq, ilkin mərhələdə
İnsan resursları departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən Nərmin
Nəbiyeva Dövlət Dəniz və Liman Agentliyinin yaranma və inkişaf tarixi,
missiyası, dəyərləri, təşkilati strukturu, fəaliyyət istiqamətləri, həmçinin dəniz
üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının
qorunması, dəniz ətraf mühitinin mühafizəsi sahəsində görülən tədbirlər barədə ətraflı
məlumat verib.
Sonra Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin
direktoru Məzahir Niftiyevin rəhbərliyi ilə mərkəzlə tanışlıq keçirilib,
iştirakçıların sualları cavablandırılıb.