
Dövlət
Dəniz və Liman Agentliyində (DDLA) təşkil olunan imtahanların keçirilmə
qaydaları ilə bağlı namizədlər üçün tələblər Agentliyin 10 fevral 2025-ci il
tarixli 3-27-106/3-2-35/2025 nömrəli Əmri ilə təsdiqlənmiş “Yaddaş vərəqi”ndə
qeyd olunub. “Yaddaş vərəqi” Agentliyin rəsmi veb-saytında Təlimatlar bölməsində
yerləşdirilib (https://ddla.gov.az/inst/instruction1.html).
Cari
ilin 05 avqust tarixindən etibarən imtahan iştirakçılarının Agentliyin inzibati
binasına mobil telefon, digər rabitə vasitələri, elektron cihazlar,
kalkulyator, elektron məlumat daşıyıcıları, kitab, dəftər, jurnal, konspekt, məlumat
kitabçaları, cədvəllər, vərəqlər və digər yardımçı vasitələrlə, həmçinin yandırıcı,
partlayıcı, kəsici, deşici və digər təhlükəli əşyalarla daxil olması qəti
qadağandır.
Namizədlərin
bilik və bacarıqlarının dürüst qiymətləndirilməsini təmin etmək məqsədilə qəbul
edilmiş bu qərar imtahan prosesində təhlükəsizlik, şəffaflıq və obyektivliyin
yüksək səviyyədə qorunmasına xidmət edir. DDLA-da təşkil olunan imtahanlarda
iştirak edən bütün namizədlərdən müəyyənləşdirilmiş prosedur və qaydalara ciddi
şəkildə riayət etmələri xahiş olunur.