
Dövlət Dəniz və Liman Agentliyində imtahanların mərkəzləşdirilmiş
qaydada keçirilməsi ilə bağlı tətbiq olunan yeniliklər davam edir. Yeni
qaydalara əsasən, cari ilin 1 sentyabr tarixindən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin
ilk dəfə əldə edilməsi və ya yenilənməsi zamanı yekun bilik qiymətləndirilməsi
üzrə imtahanlar həftənin çərşənbə və cümə günləri Agentliyin inzibati binasında
keçiriləcək.
Bununla bağlı “Xüsusi hazırlıq şəhadətnamələrinin
yenilənməsi və biliklərin yekun qiymətləndirilməsi üzrə imtahanların təşkil
olunma qaydaları” üzrə Təlimat Agentliyin 05 avqust 2025-ci il tarixli,
3-27-106/3-2-257/2025 nömrəli Əmri ilə təsdiqlənib və rəsmi veb-saytında yerləşdirilib:
(https://ddla.gov.az/inst/instruction-4.html)
Təlim-tədris mərkəzlərinə təlim günlərinin
planlaşdırılması zamanı imtahan günləri ilə üst-üstə düşməməsinə xüsusi diqqət
yetirilməsi tövsiyə olunur.
Bu yanaşma imtahan iştirakçılarının vaxtlarının səmərəli
idarə olunması üçün mühüm əhəmiyyət kəsb edir.