Dövlət Dəniz
və Liman Agentliyində (DDLA) 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü
münasibətilə maarifləndirici tədbir təşkil olunub.
Agentliyin
SƏTƏM işləri üzrə baş mütəxəssisi Nigar Novruzova Ümumdünya Ətraf Mühitin
Mühafizəsi Gününün yaranma tarixi və tədbirin məqsədi barədə məlumat verib. Bildirib
ki, hər il ənənəvi olaraq keçirilən Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün
builki çağırışı “Plastik çirklənməyə qarşı mübarizə” mövzusuna həsr olunub.
Təqdimatla
çıxış edən Agentliyin Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin baş mütəxəssisi
Sənəm Cəfərova isə plastik çirklənmənin təbiətə və canlılara olan mənfi təsirlərindən,
gündəlik həyatda plastikdən istifadənin azaldılması yollarından danışıb. Qeyd
edib ki, plastik tullantıların azaldılması, təkrar istifadəsi və emalı ətraf
mühitin tullantılardan mühafizəsinə müsbət təsir göstərir.
Tədbirdə gəmi
və liman sektorunda tullantıların çeşidlənməsi, toplanması və emalı ilə bağlı
beynəlxalq təcrübələr və Agentlik tərəfindən həyata keçirilən tədbirlər xüsusilə
vurğulanıb.
Sonda tədbir
iştirakçıları mövzu ilə bağlı suallarını və praktik tövsiyələrini səsləndiriblər.