
Dövlət Dəniz və Liman Agentliyində 12 Noyabr – Azərbaycan
Respublikasının Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
Agentliyin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti
icra edən Əfqan Cəlilov iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib. O,
çıxışında Azərbaycan Respublikası Konstitusiyasının dövlət quruculuğu prosesində,
vətəndaş hüquq və azadlıqlarının təminində, habelə ölkənin siyasi, iqtisadi və
sosial inkişafında oynadığı mühüm roldan bəhs edib.
Tədbir çərçivəsində Konstitusiyada əksini tapan
dövlətçilik, suverenlik və vətəndaş hüquqları prinsiplərinin müasir dövrdə həyata
keçirilməsi, eləcə də bu prinsiplərin rəqəmsallaşma, nəqliyyat sahələrində, texnoloji
yeniliklərdə təzahürünə dair təqdimat keçirilib. Təqdimatda Konstitusiyanın
müddəalarının ölkənin iqtisadi inkişaf strategiyasına və rəqəmsal
transformasiya proseslərinə təsiri barədə məlumatlar diqqətə çatdırılıb.
Həmçinin iştirakçılara Azərbaycan dövlətçiliyinin əsaslarını
möhkəmləndirən hüquqi islahatlar, sosial rifahın artırılmasına yönələn proqramlar
və innovativ idarəetmə modelləri barədə məlumat verilib.